Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirməyə hazır olduğunu Rusiyaya bildirmişdi

  • By admin
  • 11 Noyabr 2017 21:30


Oktyabrda Rusiyada səfərdə olmuş Şimali Koreyanın nümayəndə heyətinin prezident Vladimir Putinə təqdim etdiyi məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu bildirilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə adı açıqlanmayan mənbə bildirib.

“Valentina Matviyenko (Rusiya Federasiya Şurasının spikeri-red.) vasitəsi ilə Vladimir Putinə çatdırılan məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu qeyd olunub. Amerika tərəfi həmin məktub barədə məlumatlandırıldıqdan sonra Vaşinqtonun KXDR-ə dair mövqeyi dəyişdi”, – deyə mənbə bildirib.

Gununsesi.info