Siqaretə qarşı mübarizə aparırıq amma- Siqaret istifadə edən qadını cazibədar, kişini isə dəliqanlı sayırıq \ QALMAQALLI FOTOLAR

Siqaretə qarşı mübarizə aparırıq amma

Belçikalı fotoqraf Frike Yanssen “Pis vərdişin gözəlliyi” (The beauty of an ugly addiction) adlı sosial layihə yaradıb.

Gununsesi.org xəbər verir ki, o, bu layihədə 4 yaşından 9 yaşadək “siqaret çəkən” uşaqları göstərib.

Fotossesiyanı qalmaqallı adlandırmaqla yanaşı, fotoqrafı da siqaretin təbliğində günahlandırıblar.

Lakin gəlin nəticə çıxarmaqda tələsməyək. Frikenin hansı problemləri önə çıxarmağa çalışdığı barədə düşünək.

Frike Yanssen sözügedən layihənin ideyasını gün ərzində 40 siqaret çəkən iki yaşlı indoneziyalı oğlan uşağı barədə çarxı izlədikdən sonra düşünüb. O, öz işiylə bir daha siqaret çəkmə problemə və mövcud ikili standarlara diqqət çəkməyə çalışıb. Belə ki, müasir dövrümüzdə bir tərəfdən siqaret əleyhinə təbliğat aparılır, digər tərəfdən isə siqaret çəkən obrazı diqqətçəkən, müstəqil, uğurlu obraz kimi təqdim olunur.

O, qadağalara əsaslanan siqaretə qarşı kampaniyaların özünü doğrultmadığını bildirib. Yannsenin sözlərinə görə, siqaretə qarşı mübarizə aparsaq belə, bundan istifadə edən qadını cazibədar hesab edirik. Dəliqanlı kişi obrazını isə damağında siqaret olmadan təsəvvür edə bilmirik.

Qeyd edək ki, çəkiliş zamanı pis qoxuları məhv edən ətirli məmulatlardan istifadə olunub. Siqar və siqaretlər isə pendirdən hazırlanıb.













COMMENTS