Şirvanda kişi dəm qazından boğulub öldü

  • By admin
  • 02 Dekabr 2019 17:52

Şirvan sakini dəm qazından boğulub.

Gununsesi.org-un məlumatına görə, hadisə Şirvan şəhəri, Xəqani küçəsi, ev 25-də baş verib.

Həmin ünvanda yaşayan Cəfərov Qurban Əzrulla oğlunun evdə meyiti aşkarlanıb.

İlkin araşdırma zamanı onun qazdan boğularaq öldüyü ehtimal edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org