Siyəzəndə zəlzələ olub

  • By admin
  • 20 Yanvar 2020 22:52

Yanvarın 20-də Siyəzən rayonu ərazisində 3,1 maqnitudada zəlzələ baş verib.

Gununsesi.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

 

Gununsesi.org