Siyavuş Novruzov DTX-nin yeni rəisindən danışdı: “Əli Nağıyev bu sahənin adamı idi”

  • By admin
  • 23 İyun 2019 13:24

“Əli Nağıyev bu sahənin adamı idi. Ona görə də onun Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi cəmiyyətdə də müsbət qarşılandı”.

 

Bu sözləri Gununsesi.org-açıqlamasında  Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Əli Nağıyevi bu posta gətirərkən, onun peşəkarlığını nəzərə alıb:

“Əli Nağıyev bu sahənin adamı idi. Ona görə də cənab prezident ona böyük etimad göstərdi”.

S.Novruzov yeni DTX rəisini təbrikdə edib:

“Mən də öz növbəmdə Əli Nağıyevi bu təyinatı münasibətilə təbrik edirəm. Çətin və məsuliyyətli işində uğurlar arzu edirəm”.

Gunay

Gununsesi.org