Siyavuş Novruzov mənzil fırıldaqçılarından danışdı - GÜNAHSIZ ADAMLAR HƏBSƏ ATILIR

  • By admin
  • 12 Oktyabr 2018 14:51

Milli Məclisin iclasında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Komitə sədri Siyavuş Novruzov mənzil fırıldaqçıları ilə bağlı danışdı.

O, bildirdi ki, bununla bağlı deputatlara çoxsaylı müraciətlər edilir: “Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir. İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər. İnsanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız bir adamı həbsə salırlar”.

S.Novruzov bu kimi faktların ciddi şəkildə araşdırılmasını vacib saydı: “Belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır. Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox?!Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil”.

Deputat fırıldaqçılara qarşı daha kəskin mübarizəyə çağırdı.

Gununsesi