Azərbaycanın yeni Ombudsmanı o seçildi

  • By admin
  • 29 Noyabr 2019 12:56

Parlamentin bugünkü plenar iclasında ölkə başçısı İlham Əliyevin təklifi ilə Ombudsman seçilib.

Gununsesi.org istinadən xəbər verir ki, deputat Bahar Muradova çıxışında bildirib ki, Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva arasında komitə iclasında müzakirə aparılıb.

Millət vəkillərinin səsverməsi nəticəsində Səbinə Əliyeva  104 səslə Azərbaycanın yeni İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib, 1 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, indiki Ombudsman Elmira Süleymanova özü plenar iclasda iştirak etməyib.

Bildirək ki, S. Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun xanımıdır.

Gununsesi.org