“Siz dollarlarınızla, neftinizlə danışırsınız, amma Türkiyə qürurlu duruşu ilə danışır…” - ƏRDOĞAN SƏRT DANIŞDI

  • By admin
  • 14 Oktyabr 2019 10:42
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara qarşı başladılan “Barış pınarı” əməliyyatı ölkəsini “işğalçı” adlandıran Ərəb Liqasına kəskin etiraz edib.
Gununsesi.org xəbər verir ki, Ərdoğan “Hamınız bir araya gəlsəniz, bir dənə Türkiyə etməzsiniz”-deyə, bəyan edib.
Sonra “Siz dollarlarınızla, neftinizlə danışırsınız, bəlli takıntılarınız var, amma Türkiyə  qürurlu duruşu ilə danışır”-deyə, vurğulayıb.
O, eyni zamanda, Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) lideri Mustafa Akıncının Türkiyəni qınayan bəyanatını sərt cavablandırıb, bunu hədsizlik və həddini bilməmək kimi dəyərləndirib.
Gununsesi.org