“Sizi çox sevirəm, Azərbaycan” – Türkiyəli aktrisa – FOTO

  • By admin
  • 16 Noyabr 2019 17:57

Azərbaycanlı izləyicilər tərəfindən də sevilən “Erkənci kuş” serialının ulduzu Demet Özdemir Bakıdadır.

Gununsesi.org ölkə.az-a istinadən xəbər verir ki, aktrisa məşhur şirkətin təşkil etdiyi qala gecəsində iştirak etmək üçün paytaxtımızın qonağı olub.

O, Bakı səfəri haqqında “İnstagram” səhifəsində fotosunu yayımlayaraq:

“Burada çox səmimi qarşılandım, sevgilərini hiss etdim… Sizi çox sevirəm, Azərbaycan. Sevincimə şərik oldunuz. Təşəkkür edirəm”,- deyə qeyd edib.

Sözügedən fotonu təqdim edirik:

 

 

Gununsesi.org