Sobanı işə salan it evi yandırdı

  • By admin
  • 04 Dekabr 2019 17:21

Sobanı işə salan it evi yandırdı

İngiltərədə Esseks qraflığının Stanford-le-Hop şəhərində it evi yandırıb.

Sahibi evdə olmayan “Haski” cinsinə mənsub it mətbəxdə mikrodalğalı sobanı işə salıb.

Gununsesi.org BBC-yə istinadən xəbər verir ki, sobanın içində bağlamada olan kökə alışıb və yanğın başlayıb.

İtin sahibi telefonunda olan nəzarət kamerası tətbiqinin sayəsində hadisədən xəbər tutub.

İti xilas edən yanğınsöndürənlər qadına mikrodalğalı sobada qida və digər əşyaları saxlamamağı məsləhət görüblər.

Gununsesi.org