Somalidə türk şirkətinin işçilərinə qarşı terror aktı törədildi

  • By admin
  • 18 Yanvar 2020 15:26

Somalidə türk inşaat şirkətinin işçilərini hədəf alan terror aktı törədilib.

Gununsesi.org məlumat verir ki, APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişunun şimal-qərbindəki Afoye bölgəsində Türkiyəyə məxsus inşaat şirkətinin işçilərinin olduğu ərazidə bomba yüklü avtomobil partladılıb.

Məlumata görə, terror aktı türk mühəndislərin və Somali polislərinin nahar etdikləri məkanda baş verib.

 Xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə isə inşaat işçiləri arasında yaralananlar var.