“Sosial etika” layihəsinin növbəti təlimi keçirilib - FOTOLAR

  • By admin
  • 20 Mart 2019 19:55

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin növbəti təlimi uğurla başa çatıb.

Gununsesi.org xəbər verir ki, təlimdə iştirak edən foto-jurnalist Orxan Əzim sosial mediada fotonun rolundan bəhs edib.

Foto-jurnalist təlimdə fotonun texnikası və uğurlu foto çəkməyin sirləri barədə məlumat verib. O, həmçinin günün aktual mövzusu olan sosial şəbəkələrdə xəbərin foto vasitəsilə ötürülməsi kimi vacib məsələlərə də toxunub. Foto-jurnalist öz təcrübəsini də gənclərlə bölüşüb. Daha çox sənədli fotolara üstünlük verən Orxan Əzim  “Çernobıl hadisələri “nə  həsr olunan və faciə baş verən ərazidən çəkdiyi fotoları təlimdə nümayiş etdirib. Qeyd edək ki, foto-jurnalistin “Çernobıl hadisələri “nə həsr etdiyi fotolar Amerika Birləşmiş Ştatlarında nümayiş olunaraq birincilik qazanıb və mükafata layiq görülüb. Sonda təlim iştirakçıları ilə xatirə fotosu çəkilib.

Gununsesi.org