Sosial mediada populyarlıq qazananlar daha diqqətli olmalıdır - MÜBARİZ MƏNSİMOV VİRTUAL ALƏMDƏKİ TƏHQİRLƏRDƏN YAZDI

  • By admin
  • 10 Fevral 2019 16:41

Türkiyədə yaşayan “Palmali Group”un sahibi, tanınmış azərbaycanlı  Mübariz Mənsimov son zamanlar əsas müzakirə mövzularından birinə çevrilən sosial şəbəkələrdə təhqir barədə fikirlərini yazıb.

Gununsesi.org iş adamının sosial şəbəkədəki hesabına istinadən həmin qeydləri təqdim edir:

İnsanların sosial mediada fikirlərini bildirmələri nə qədər yaxşı da olsa, sərhəddi keçmək heç də xoş deyil. Xüsusilə, sosial media vasitəsi ilə müəyyən populyarlıq qazanıbsa, o şəxs daha diqqətli olmalıdır. Bəzilərini izlədikcə, onun bütün bunları ailələrin oxumayacağını qənaətində olduğunu görürük. Kiminsə ailəsini, kiminsə ölüsünü təhqir etmək, sataşmaq bu zamana qədər kimə başucalığı gətirib ki, sizə də gətirsin?! Bizim xalqın mental dəyərlərindən biri də böyük-kiçik bilib, söyüşdən uzaq, əxlaqlı yaşamaqdır. Niyə özünüzü bu səviyyəyə endirirsiniz? Anadolu türkləri deyir ki, rüzgar əkən fırtına biçər. Siz də bu söyüşlərinizlə nə əldə edəcəyinizi düşünürsünüz?

Ailələrə sataşmadan, ölüləri təhqir etmədən, dəyərlərimizə hücum etmədən edin nə edirsinizsə… Ancaq ədəb və ərkan çərçivəsində… Sayğı, sayğı, yenə də sayğı, arkadaşlar!..

Biri ilə probleminiz olanda onun ailəsini, dünyadan köçənlərini təhqir etmək məcburiyyətində deyilsiniz. Təhqirsiz mübarizə aparmağın yolları çoxdur. Qısacası, iki saniyə sonrasını bilmədiyimiz bu dünya uğrunda fırıldaq olmağa və qəlb sındırmağa dəyməz…