Şou saytının yalanı ifşa edildi - "BAKU MEDİCAL PLAZA"DAN SƏNƏTÇİNİN ƏMƏLİYYATI BARƏDƏ AÇIQLAMA

  • By admin
  • 30 May 2019 14:53

“Zenfira İbrahimova mayın 29-da klinikamızda əməliyyat olunub. Guya onun iki gün əvvəl əməliyyat olunmaq fikrindən daşınması ilə bağlı məlumat yalandır”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında “Baku Medical Plaza” klinikasının mətbuat katibi Aysel Rizayeva

“Axşam.az” saytının bu barədəyaydığı xəbəri şərh edərkən söyləyib.

Aysel Rizayevanın sözlərinə görə,  sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət edib və bu əməliyyat xəstəxanamızda reallaşıb: “Müğənni Zenfira İbrahimova mayın 29-da klinikamızda plastik cərrah Dr. Siruz Qoçxani tərəfindən abdominoplastika əməliyyatı olunub. Vəziyyəti qənaətbəxşdir. Özünü çox yaxşı hiss sedir. Sabah evə yazılacaq. Bu barədə müğənni özü də sosial şəbəkələrdə paylaşım edib. Müğənninin əməliyyat olunmaq fikrindən daşınaraq əməliyyat otağından qaçması tamamilə yalandır. Medianın gündəmdən istifadə edərək, oxucu yığmaq üçün uydurduğu bu yalan klinikamızın işgüzar nüfuzuna xələl gətirir. Bu cür yoxlanılmamış, əsassız məlumatlar yayılmaqda davam edərsə hüquqi addımlar atmağa məcbur olacağımızı bəyan edirik. Jurnalistlərdən xahiş edirik, daxil olan məlumatları dəqiqləşdirmədən ictimailəşdirməsinlər”.

Şəbnəm

Gununsesi.org