“Soyuq və günəşli Bakıda…” - Roqozin Tvitter səhifəsində Bakının şəkillərini paylaşdı - FOTOLAR

  • By admin
  • 16 Dekabr 2016 17:27

baku-1

Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iştirak edən Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin Tvitter səhifəsində Bakıda çəkdiyi şəkilləri paylaşıb və komissiyanın iclasının başlanmasının anonsunu verib.

Gununsesi.info-nun məlumatına görə, səkillərə şərhində rusiyalı siyasətçi yazıb: “Soyuq və günəşli Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası başlayıb”.

Xatırladaq ki, Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək üçün Bakıya gəlib.

baku-2

Gununsesi.info