Spiker Zahid Orucu təbrik etdi

  • By admin
  • 12 Fevral 2019 12:11

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi münasibətilə təbrik edib.

Gununsesi.org xəbər verir ki, o, Z.Oruca uğurlar arzulayıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.