Ştefan Şennak AŞPA-nın media və jurnalistlərin azadlığı üzrə yeni məruzəçisi seçilib - SÖZ AZADLIĞI UĞRUNDA ƏZİYYƏT ÇƏKƏNLƏR ÇOXDUR

  • By admin
  • 28 Yanvar 2020 23:48

Yanvarın 28-də avstriyalı deputat Ştefan Şennak Avropa Şurası Parlament Assambleyasının (AŞPA) media və jurnalistlərin azadlığı üzrə yeni məruzəçisi seçilib.

Gununsesi.org bu barədə Şennakın sosial şəbəkə hesabına istinadən bildirir.

“Söz azadlığı uğrunda əziyyət çəkənlər çoxdur. Mən həmin insanlara kömək etmək üçün hər şeyi edəcəyəm”, – Ş.Şennak Tvitterdəki mikrobloqunda yazıb.

Qeyd edək ki, Ş.Şennak bir neçə ildir ki, AŞPA-nın Azərbaycan üzrə məruzəçisidir. O, demokratik baxışları ilə fərqlənir, Azərbaycanda insan hüquqları və demokratiyanın pozulması məsələlərində obyektiv mövqe tutur.