Stüart Piç: “NATO Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”

  • By admin
  • 26 Noyabr 2019 18:49

NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

Gununsesi.org–un Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

Stüart Piç Alyansın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Gununsesi.org