Sudanda fabrikdə yanğın zamanı 26 nəfər həlak olub

  • By admin
  • 04 Dekabr 2019 10:22

Sudanın paytaxtı Xartumda keramika istehsalı ilə məşğul olan fabrikdə baş verən güclü yanğın nəticəsində 26 nəfər həlak olub.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə zamanı 130-dan çox insan xəsarət alıb. Onların arasında Banqladeşdən olan fəhlələr də var. Yaralılar müxtəlif dərəcəli travmalarla xəstəxanalara çatdırılıblar.

İlkin məlumata görə, paytaxtın şimalındakı sənaye zonasında yerləşən müəssisədə içində 20 ton mavi yanacaq olan rezervuar qaz sızması səbəbindən partlayıb. Nəticədə güclü yanğın başlayıb. Alov qonşuluqda yerləşən fabriklərə də yayılıb. Fabrikin binası tamamilə yanıb.

Gununsesi.org