Sükan arxasında epilepsiya oldu, beş avtomobili əzdi – VİDEO

  • By admin
  • 11 Noyabr 2019 17:47

Rusiyanın Moskva şəhərində taksi sürücüsü sükan arxasında olarkən, epilepsiyası tutub.

Həmin vaxt taksidə sərnişin də olub.

Sürücü idarəetməni itirib və park halında olan beş avtomobilə çırpılıb.

Hadisəni görənlər təcili yardım gələnə qədər sürücünü avtomobildən çıxarıb, ilk yardım göstəriblər.

Sərnişin isə arxa qapıdan çıxaraq, hadisə yerindən uzaqlaşıb.

 

Gununsesi.org