“Sülh çeşməsi” əməliyyatının ilk iki günündə 109 terrorçu zərərsizləşdirilib” - ƏRDOĞAN RAZIDIR

  • By admin
  • 10 Oktyabr 2019 19:17

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatının ilk iki günü ərzində 109 terrorçu zərərsizləşdirilib.

Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı, eyni zamanda, Türkiyə tərəfinin keçirdiyi antiterror əməliyyatları zamanı ümumilikdə 16 min terrorçunun, o cümlədən 7500 nəfərin Türkiyə sərhədləri daxilində, digər 8500 nəfərin isə ölkə xaricində zərərsizləşdirildiyini deyib.

“Sülh çeşməsi” antiterror əməliyyatı davam edir.

 

 

Gununsesi.org