“Sumqayıt” səfərdə “Səbail”i məğlub edib

  • By admin
  • 20 Oktyabr 2019 21:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.

Gununsesi.org-un məlumatına görə, “ASCO Arena”da “Səbail” “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Yeganə topu 47-ci dəqiqədə Mehdi Şərifi vurub.

Bununla da Şərifi aktivindəki qolların sayını 4-ə çatdıraraq, bombardirlər siyahısında Lorenzo Frutos (“Keşlə”), İsmayıl İbrahimli (“Qarabağ”) və Stiven Monroz (“Neftçi”) ilə şərikli lider olub.

Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

“Sumqayıt” bu qələbə sayəsində xallarını 10-a çatdırıb və “Zirə”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. “Gənclik şəhəri” təmsilçisi eyni xala malik “Səbail”dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə edibsə, “Neftçi” “Zirə”yə böyük hesabla qalib gəlib – 3:0.

 

Gununsesi.org