Sumqayıtda kafedə ölüm hadisəsi baş verib

  • By admin
  • 25 Yanvar 2020 20:47

Sumqayıt şəhərində 52 yaşlı kişi kafedə ölüb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafedə yeyib-içən Sumqayıt şəhər 18-ci mikrorayon sakini, 1968-ci il təvəllüdlü Rüstəm Hüseyn oğlu Mehdiyev ürək çatışmazlığından ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.org