Sumqayıtda süpürgəçi qadını avtomobil vurub

  • By admin
  • 04 Noyabr 2019 22:03

Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.

Gununsesi.org-un məlumatına görə, hadisə 26-cı məhəllə ərazisində baş verib.

Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org