Surət Hüseynovla Rəhim Qazıyevin rəsmi adları belə imiş

  • By admin
  • 18 İyun 2019 17:07
Sabiq baş nazir Surət Hüseynovun və sabiq müdafiə naziri Rəhim Qazıyevin əsl adları başqa imiş.

Gununsesi.org-un məlumatına görə, bu maraqlı fakt sosial şəbəkədə tanınmış jurnalistlər Səbuhi Məmmədli və Əvəz Zeynallının müzakirəsi zamanı üzə çıxıb. Ə.Zeynallı Səbuhi Məmmədlinin “Siz heç bilirdinimi, Surət Hüseynov kimi tanıdığımız sabiq qiyamçı baş nazirin adı əslində Sürət imiş? Əvəz Zeynallı təqsidqləyə bilər” sualına belə cavab verib:

“Surət Hüseynov kimi bildiyiniz baş nazirin adı Sürət, Rəhim Qazıyev kimi bildiyimiz sabiq müdafiə nazirinin adı isə Rahimdir. Doğrudur, Səbuhi Məmmədli”.