Suriya ordusu Hələbin qərbində silahlı qruplaşmalara artilleriya zərbələri endirib

  • By admin
  • 26 Yanvar 2020 16:42

Suriya ordusunun artilleriya qüvvələri Hələbin qərb kənarlarındakı (Dəməşqdən 360 km) silahlı qruplaşmaların mövqelərinə zərbələr endirib.

Gununsesi.org-un “SANA” agentliyinə istinadən verdiyi məlumata görə, silahlıların arasında ciddi itkilər var.

Ordu Camiyət-əz-Zəhra yaşayış məhəlləsindən Rəşidin mikrorayonuna qədər bütün cəbhə boyu hücumlar edib. Kfar Həmra, Xan əl-Asal, Əl-Mansoura, Buxus və Kfar Naha massivlərində silahlı qruplaşmaların dayaq məntəqələrinə zərbələr endirilir.

 

Gununsesi.org