Suriya ordusu İdlibdə hərbi əməliyyatlara başladı

  • By admin
  • 16 Yanvar 2020 09:02

Suriya ordusu ölkənin İdlib vilayətində hərbi əməliyyatlara başlayıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, döyüşlər bölgənin cənub-şərqində gedir.

Məlumata əsasən, Əsəd ordusuna qarşı döyüşən qüvvələr atəşkəs barədə əldə olunan anlaşmanı pozublar.

Qeyd edək ki, ölkənin digər bölgələrində döyüşlər artıq yanvarın 10-dan başlayıb.

Gununsesi.org