“Suriyada İŞİD terrorçuları həbsxanadan qaçırılıb”- HULUSİ AKAR

“Suriyada İŞİD terrorçuları həbsxanadan qaçırılıb”

“Suriyanın Tel Abyad və Rasulayn rayonları nəzarətimiz altındadır. Ərazidə fəaliyyətlərimiz davam edir”.

Gununsesi.org-un “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar İyi Partiya lideri Meral Akşənərlə görüşündən sonra verdiyi açıqlamada deyib.

H. Akar bildirib ki, nəzarətə götürülən ərazidə İŞİD terrorçularının saxlandığı həbsxana olub: “Biz ora gedəndə YPG silahlılarının həbsxananı boşaltdığını gördük. İŞİD terrorçularının qaçırıldığı həbsxana ilə bağlı faktlar Türkiyə tərəfindən araşdırılıb və nəzarətə götürülüb”

Qeyd edək ki, görüş Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Barış bulağı” hərəkatı ilə bağlı partiya liderlərinin məlumatlandırılması çərçivəsində keçirilib.

 

 

Gununsesi.org

COMMENTS