Suriyada YPG-yə verilən vaxt bitdi - RUSİYADAN İLK AÇIQLAMA

  • By admin
  • 29 Oktyabr 2019 19:56

Soçi memorandumunda terror təşkilatı YPG-nin Suriyanın şimal-şərqindən çəkilməsi üçün verilən 150 saatlıq müddət bu gün saat 18:00-da bitib.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu YPG-nin çəkilməsinin planlaşdırılan vaxtdan əvvəl baş verdiyini açıqlayıb:

“Silahlı ünsürlərin təhlükəsizlik dəhlizinin yaradılması üçün lazımi bölgədən çəkilməsi gözlənilən vaxtdan əvvəl baş verdi. Rus əsgərləri və Suriya sərhədçiləri bölgəyə girdi”.

 

Gununsesi.org