Suriyada yüzdən çox rusiyalı qadın və uşaq itib

  • By admin
  • 26 Oktyabr 2019 18:29

YPG terrorçuları onları zorla qaldıqları yerlərdən qovub, çadırlarını yandırıblar

Suriyada YPG-li terroçuların qoruduğu, İŞİD-çilərin saxlandığı həbsxana olaraq bilinən Ayn-İssa əsir düşərgəsindən qaçan insanlardan, o cümlədən 50-dən çox qadın və uşaqdan xəbər yoxdur.

Gununsesi.org-un BBC-yə istinadən verdiyi xəbərə görə, həmin şəxslər əslində Türkiyənin ölkənin şimalında başladığı hərbi əmliyyatdan sonra YPG-lilər tərəfindən azad ediliblər. YPG-nin Suriya qoluna mənsub silahlılar qadınları zorla həmin yerlərdən çıxarıblar.

Əsirlərdən bəziləri isə Türkiyə ordusu gələnə qədər gözləməyə üstünlük veriblər.

“Kürdlər sadəcə düşərgənin qapılarını açıb getdilər. Sonra bir neçə adam gələrək getməyimizi, əks təqdirdə çadırları yandırcaqlarını söylədi. Onlar həqiqətən bütün çadırlara od vurdular”,-deyə Maidə adlı qaıdn BBC-yə danışıb.

Maidə PKK terroçularının çadırları yandırdığını mobil telefonla görüntüyə aldığını da deyib.

Onun sözlərinə görə, həmin vaxt qadınlaırn bir hissəsi səhra istiqamətinə, 14 qadın və 27 uşaq isə onun rəhbərliyi ilə şimala Türkiyə ilə sərhədə gediblər.

Bir müddət keçdikdən sonra onları Türkiyənin dəstəklədiyi silahlı qruplar qarşılayıb. Türkiyə tərəfi həmin qadınlara olduqca qayğı göstərib. Qızlardan birinin sözlərinə görə son iki ildə ilk dəfə isti su, duş və elektrik görüblər.

Lakin qalan qrupdan heç bir xəbər çıxmayıb.

Kanalın xəbərində həmin qadınların əsasən Rusiyanın Dağıstan və Şimali Qafqazın digər bölgələrindən olduğu bildirilir.