Suriyanın şimalında partlayış: 18 mülki şəxs həlak olub

  • By admin
  • 16 Noyabr 2019 16:11

Suriyanın şimalında, Türkiyə ilə sərhəd yaxınlığında yerləşən Əl-Bab şəhərində baş verən partlayış nəticəsində ən azı 18 mülki şəxs həlak olub, 15 nəfər yaralanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Qeyd olunub ki, partlayış PKK terror təşkilatının döyüşçüləri tərəfindən törədilib.