Suriyanın Tel Abyad şəhəri YPG/PKK terrorçularından təmizlənib

  • By admin
  • 13 Oktyabr 2019 18:39

“Barış bulağı” əməliyyatı çərçivəsində bu gün Suriyanın Tel Abyad şəhəri YPG/PKK terrorçularından təmizlənib.

Gununsesi.org-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusunun bölmələri şəhərə nəzarəti tam təmin edib.

Beləliklə, oktyabrın 9-da başlanan “Barış bulağı” əməliyyatı çərçivəsində Rasulayn və Tel Abyad şəhərləri, o cümlədən 42 kənd YPG/PKK terrorçularından təmizlənib.

 

 

Gununsesi.org