Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar – reperlər quraşdırmağı nəzərdə tutur.
Gununsesi.info xəbər verir ki, bunu Trend-ə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ərazinin hazırki vəziyyəti orada tədqiqatların aparılması üçün mayakların quraşdırılmasına imkan vermir:
Hazırda ərazidə reperlərin quraşdırılması üçün işlərin aparıldığını deyən Ə.Qaralov qeyd edib ki, yeni cihazların quraşdırılması tədqiqatların daha dəqiqliklə aparılmasına imkan verəcək.
Ə.Qaralov hazırda Bayıl sürüşmə zonasında vəziyyətin sabit olduğunu söyləyib.
O, hazırda Bakıda Zığ sürüşmə zonasında, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazilərdəki sürüşmə sahələrindəki prosesdə aktivləşmə müşahidə edilir. Hazırda bu ərazilərdəki çatların parametrlərində çox az böyümə müşahidə edilir.