Şuşa məscidinin Cocuq Mərcanlıdakı bənzəri- FOTO

Şuşa məscidinin Cocuq Mərcanlıdakı bənzəri

Bildiyimiz kimi Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilən ibadət ocağı 2017-ci ildə istifadəyə verilib. 

50 sot ərazidə tikilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək.

Azvision.az-ın bu yaxınlarda Cocuq Mərcanlı məscidindən lentə aldığı fotoları təqdim edirik:

COMMENTS