Şvartsnegger Stallone ilə bıçaqlarını müqayisə etdi - VİDEO

  • By admin
  • 20 Sentyabr 2019 09:23

Hollivud ulduzu Arnold Şvartsnegger dostu və həmkarı Silvestr Stallone ilə zarafat etdi. O, “Instagram” səhifəsində özünün və dostunun bıçaqlarını müqayisə edib.

“Dəmir Şvarts” “Yırtıcı” filmində istifadə etdiyi bıçağın həmkarının “Rembo” filmində işlətdiyi bıçaqdan iki dəfə böyük olduğunu göstərib.

Bununla o Stalloneyə dəstək verib: həftəsonu “Rembo: Son qan” filmi böyük ekranlara çıxacaq. Aktyor söz verib ki, film uğur qazanacağı təqdirdə dostuna yeni bıçaq hədiyyə edəcək.

Gununsesi.org