“Təhminə”nin Spartakı: Hələlik mən də qoca deyiləm

  • By admin
  • 14 Yanvar 2020 14:06

Ümid edirəm ki, bir neçə ilə daha yaxşı filmlər və digər işlər görə biləcəyik.

Gununsesi.org xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Füzuli Hüseynov deyib. O bildirib ki, indiki kinomuzun, filmlərimizin vəziyyətini və gənclərimizin işlərini çox yaxşı qiymətləndirir: “İnsanlar səhv edə-edə hər bir şeyi düzəldirlər. Biz də səbr edirik. İnşallah sonda hər şey düzələcək.

Gənclərimizi sevirəm. Çox istedadlı gənclərimiz var. Hələlik mən də qoca deyiləm (gülür).

Hesab edirəm ki, yaxşılığa doğru bir çox addımlar atılır. Ümid edirəm ki, bir neçə ilə daha yaxşı filmlər və digər işlər görə biləcəyik”, – deyə Əməkdar artist bildirib.

Televiziyalarda az-az görünməsinə gəlincə, Əməkdar artist bunun belə olmasının daha məsləhətli olduğunu qeyd edib:

“Efirlərə az-az çıxıram. Belə olması da yaxşıdır. Çünki mən az olsun, amma “dadlı” olsun prinsipi ilə işləyirəm. Hazırda yeni film layihəm var. Bu həftə İctimai Televiziyada efirə gedəcək. Ancaq teatrla bağlı yenilik yoxdur. Sakitlikdir”.

Əməkdar artist səhhətində hər şeyin qaydasında olduğunu deyib.

Qeyd edək ki, Füzuli Hüseynov “Təhminə” filmindəki “Spartak” rolu ilə tanınıb.

Gununsesi.org