Təhsil nazirindən yeni – TƏYİNAT

  • By admin
  • 20 Noyabr 2019 13:24

Təhsil Nazirliyində yeni kadr dəyişikliyi olub.

Gununsesi.org Oxu.Az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Təhsil naziri Ceyhun Bayramov imzalayıb.

Əmrə əsasən, Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Gununsesi.org