Tələbə olmaq istəyənlərin nəzərinə - TƏLƏSİN

  • By admin
  • 19 Avqust 2016 10:46

tqdk

Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Gununsesi.info-ya bildirilib ki, avqustun 19-u saat 10:15-ə olan məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və orta ixtisas təhsili müəssisələri üzrə 518 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 745 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Məlumata görə, yalnız orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 16 979 nəfəri elektron ərizəsini təsdiq edib, 1 855 abituriyent isə ərizəsini təsdiq etməyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Gununsesi.info