Tələbəni vurdu, tanımadığı evin arşısında qoyub qaçdı

  • By admin
  • 15 Oktyabr 2016 13:17

piya

Balaxanıda 19 yaşlı qızı maşın vurub.

Gununsesi.info-nun xəbərinə görə, hadisə  qəsəbənin 6-cı Mədən ərazisində baş verib. Məlum olub ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Aytac Taryel qızı Qululu dərsdən evə qayıdarkən avtomobil onu vuraraq,  hadisə yerindən qaçıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb.

Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-cı Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.  Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Gülnaz Qənbərli
Gununsesi.info