“Təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir - ƏLİ MƏSİMLİ MİLLİ MƏCLİSDƏ HÖKUMƏTƏ SƏSLƏNDİ

  • By admin
  • 13 Noyabr 2018 14:47

Milli Məclisdə büdcə müzakirələrində deputat Əli Məsimli çıxışında  büdcənin neftdən asılılığının davam etməsindən narahatlığını növbəti dəfə ifadə edib.

Gununsesi.org xəbər verir ki, əli Məsimli Neft Fondundan büdcəyə vəsait ayrılması başadüşülən olduğunu desə bildirib ki, ancaq büdcəni formalaşdırarkən başqa mənbələrdən də istifadə etmək lazımdır:“Məsələn, “kölgə iqtisadiyyatı”nı cəmi 10 faiz aşağı salmaqla büdcəyə 8 milyard cəlb etmək, bu vəsaitlərin sayəsində əlavə yüz milyonlar qazanmaq olar. Həmçinin korrupsiayaya qarşı daha ciddi mübarizə aparmaqla yüz milyonlarla əlavə vəsait cəlb etmək mümkündür”.

Ə.Məsimli bildirdi ki, “təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir:  “O sahələrə iki-üç dəfə əlavə vəsait ayırmağın da heç bir mənası yoxdur. Həmin vəsaitlərin Azərbaycan iqtisadiyyatına heç bir töhfəsi olmur”.

Ə.Məsimli bildirdi ki, Azərbaycanda elmə ayrılan vəsait 0,16 faiz təşkil edir. Dedi ki, əgər biz elmi inkişaf etmək istəyiriksə, elmin maliyyələşdirilməsini sıfır trayektoriyasından çıxartmaq lazımdır. Həmçinin deputat elm sahəsində çalışanların əməkhaqqının artırılmasını da zəruri saydı.

Gununsesi.org