Tənqid inkişafa, təhqir cəhalətə aparır - VƏKİL ƏZİZ QƏNBƏROV YAZIR

  • By admin
  • 11 Dekabr 2019 22:22
Hörmətli dostlar, bundan bir neçə gün əvvəl də status yazmışdım ki, şəxslərin bir birlərini tənqid edən fikirlər səsləndirməsi yaxşı bir əlamətdir.
Kimin hansı məqsədlə gedən proseslərə yanaşmasından aslı olmayaraq onun təhqir edilməsi yolverilməzdir.
Konkret olaraq Aslan Ismayilov ilə bağlı, Onun nə məqsədlə Oqtay Gulalıyevin keçirdiyi avtoqəza haqqında səsləndirdiyi fikirlər bizim hər hansı birimizin fikirləri ilə üst üstə düşmürsə bu, Aslan İsmayılovu təhqir etmək üçün əsas yaratmır.
“Heydər Əliyev Fondunun” səbəbindən aslı olmayaraq Oktay Gülalıyevin müalicəsinə etdiyi yardımları dayandırması barədə qərarı onun yaxınlarını üzdü. .Kimlərin hansı fikir söyləməsindən aslı olmayaraq Oqtay Gülalıyev bu gün ağır vəziyyətdədir və hadisələrdən də məlumatsızdır. Ona edilən yardımlar sağalanadək davam etdirilməlidir. Özünüz hər gün demokratik cəmiyyət quruculuğundan danışırsınız, insanları bu sahədə maarifləndirməyə çalışırsınız. Məhz Oqtay Gülalıyev də bu sahədə əlindən gələni etməyə çalışan dəyərli hüquq müdafiəçisidir. Sizin hakimiyyətə qarşı aqressiyanız anlaşılandır və bəzi məqamlarda hakimiyyət nümayəndələrinin etdiklərinə daş da dözmür. Ancaq Sizinlə eyni düşüncəni paylaşmayan insanlara, xüsusən həmişə ölkədəki qanunsuzluqlara ciddi etirazını bildirən bir şəxsə qarşı bu aqressiyanızı anlaya bilmirəm.
Dəyərli dostlar gəlin birlikdə ölkəmizi çətin durumdan çıxartmaq üçün çalışaq. Bu gün düşmən mövqeyi güclənir və Qarabağ hüquqi cəhətdən də günü gündən bizdən uzaqlaşır. Bir birimizi tənqid etsək də təhqirlərə yol verməyək. Tənqid inkişafa, təhqir isə cəhalətə aparır bizləri.
Əziz Qənbərov
Gununsesi.org