Təqdimata iki saat gecikən azərbaycanlı aktrisa açıq-saçıq libası ilə gecəyə damğa vurdu – FOTO

  • By admin
  • 30 Yanvar 2020 12:10

Ötən axşam çoxdan gözlənilən “Aşk tesadüfleri sever 2” filminin premyerası keçirilib.  

Gununsesi.org xəbər verir ki, təmtəraqlı keçən qala gecədə filmdə çəkilən Elif Doğan, Aytaç Şaşmaz, Yiğit Kirazcı və bir çox aktyorlar iştirak etsələr də, ekran işində baş rolu canlandıran azərbaycanlı aktrisa Nəsrin Cavadzadə nədənsə gözə dəyməyib.

Hər zaman gecələrə gecikən cazibədar aktrisa bu dəfə də “ənənəsinə” sadiq qalıb. İki saatdan sonra tədbirə qatılan Nəsrin transparan libası ilə gecəyə damğa vurub. Ağ rəngdə uzun sinə, göbək və ayaq dekolteli, açıq-saçıq geyimi ilə Cavadzadə diqqətləri üzərinə cəmləyib.

Gözəl aktrisa əlibisəsi ilə sosial medianın dilinə düşüb. Əksər izləyicilər Nəsrinə bu libasın yaraşmadığını yazaraq, onu tənqid ediblər.

Gununsesi.org