Tərtərdə ruhi əsəb xəstəsi olan kişi özünü binadan atıb

  • By admin
  • 27 Noyabr 2019 21:22

Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə baş verən intihara cəhd faktına aydınlıq gətirib.

Gununsesi.org xəbər verir ki, DİN-in Bərdə regional qrupunun baş inspektoru polis baş-leytenantı Aslan Qiyaslı APA-ya açıqlamasında bildirib ki, noyabrın 27-də günorta saatlarında Tərtər rayonunun Yeni qəsəbəsində müvəqqəti məskunlaşan, Kəlbəcər sakini, 1994-cü il təvəllüdlü Əli Məmmədov həyat yoldaşı ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanında yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Məmmədov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ə.Məmmədov 2013-cü ildən ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.org