Təzəbəy hamamında yanğın - ÖLƏN VAR

  • By admin
  • 15 Fevral 2019 12:19

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzəbəy” hamamında yanğın olub.

Gununsesi.org-un Report-a istinadən xəbərinə görə, yanğın söndürüləndən sonra hamamın mühafizəçisi 68 yaşlı Müzəffər Həsənəliyevin meyiti gözətçi otağında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.