Tale Heydərovun Bakıdakı mağazaları bağlandı – Fotolar

  • By admin
  • 02 Dekabr 2019 15:26

Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.

Gununsesi.org BakuPost-a istinadla xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb.

Məlumata görə, yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

 

 

 

 

Gununsesi.org