Taleh Bağırovun müavini azadlıqda - FOTO

  • By admin
  • 17 Mart 2019 13:30

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Gununsesi.org-un məlumatına görə, “Report”un məlumatına görə, tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər.

Bu həbsxanadan 1 nəfər – Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov azadlığa buraxılıb. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim olunub.

Qeyd edək ki, Z.Mikayılov 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuş və 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil ediləcək.