Taleh Bağırzadənin həyat yoldaşı həbsxanaya telefon keçirmək istəyib? - PENİTENSİAR XİDMƏTDƏN AÇIQLAMA

  • By admin
  • 22 Mart 2019 13:18

Nardaran hadisələrinə görə həbs olunmuş Taleh Bağırovun yanına telefon keçirilməsinə cəhd edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

 Qurumdan bildirilib ki, martın 21-də Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 25 müxtəlif maddəsi ilə ittiham edilərək 2015-ci il noyabrın 26-da 18 il müddətinə azadlıqdan məhrum edilib.

Taleh Bağırzadənin yaxınları isə sosial şəbəkələrdə yaydıqları açıqlamada Penitensiar Xidməti ittiham ediblər. Bu olayın siyasi məhbusa qarşı qurama iş olduğunu deyiblər.