“Taliban” Amerikan hərbi təyyarəsini vurdu: “Sağ qurtulan olmadı”- VİDEO

  • By admin
  • 28 Yanvar 2020 09:58
Bu gün Əfqanıstanda qəzaya uğradığı iddia edilən təyyarə ilə bağlı ziddiyyətli açıqlamalar verilib.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, “Reuters” Agentliyinin verdiyi məlumata görə, “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, “Taliban” tərəfindən verilən açıqlamada, ABŞ hərbçilərini daşıyan bir təyyarənin Əfqanıstanın Gazni bölgəsində vurulduğu və yüksək səviyyəli hərbi rəsmilər də daxil olmaqla sağ qalanların olmadığı bildirilib.
Maraqlıdır ki, qəza sonrası da hava yolları şirkətinin verdiyi açıqlamada sərnişin təyyarəsinin düşdüyü iddiaları təkzib edilmişdi.

ABŞ-dan qəza ilə bağlı ilk açıqlamada isə hadisəyə az da olsa, aydınlıq gətirilib.
“Qəzaya uğrayan təyyarə kiçik bir Amerikan hərbi təyyarəsi idi”,  ABŞ-dan Talibanın ABŞ hərbi təyyarəsini vurması iddialarıyla əlaqədar verilən ilk açıqlamada belə bildirilib.

 

 

Gununsesi.org