TANAP qaz kəməri iyulda istifadəyə veriləcək

  • By admin
  • 15 Fevral 2018 15:34

Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) və Trans-Adriatik Boru Xəttindən (TAP) ibarət olan Cənub Qaz dəhlizinin əhəmiyyətli mərhələsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak Bakıda təşkil edilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında bildirib.

O qeyd edib ki, TANAP-ın ilk sınaq işlərinə keçən ay başlanılıb. Cari ilin iyulunda xəttin açılışı baş tutacaq.

Gununsesi.info