Tanınmış aktrisa sevgilisini unutmaq üçün yaddaşını sildirəcək

  • By admin
  • 29 Noyabr 2019 11:30

Sevgilisi ilə süpriz şəkildə ayrılan türkiyəli aktrisa Yağmur Tanrısevsinin yaddaşını sildirəcəyi haqqında şok iddia irəli sürülüb.

Gununsesi.org  xəbər verir ki, aktrisa sevgilisi, müğənni və aktyor Oğuzhan Koçu unutmaq üçün bu addımı atıb.

Evlənəcəkləri söylənilən cütlük beş illik münasibətlərini keçən ay bitirməyə qərar verib. Onların hansı səbəbdən ayrıldığı açıqlanmayıb.

Çətin günlər yaşayan aktrisanın bu proseslə pis xatirələrindən xilas olacağı bildirilir.

ABŞ-da 12-13 ildir həyata keçirilən bu müalicə növü insanın pis günlərindən xilas olmasına kömək edir.

Keçmiş həyat yoldaşı Murad Dalkılıçdan ayrılan türkiyəli aktrisa Merve Boluğur və müğənni Ebru Polat da bu müalicə növünə müraciət edib.

Qeyd edək ki, Oğuzhan Koç ayrılıqdan çox az müddət sonra Yağmurun yaxın dostu, aktrisa Demet Özdəmirlə birlikdə görüntülənib. Yağmur buna cavab olaraq yaxın dostunu sosial şəbəkə dostluğundan silib.

Yağmur Tanrısevsin bir müddət aktyor Kerem Bursinlə sevgili olub.

 

 

 

 

 

 

Gununsesi.org